Millimiz Ermənistanla oyunun hazırlığını Serbiyada keçəcək

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisi təlim-məşq toplanışına yollanıb.

Allsport.az xəbər verir ki, komandamız Seribayanın Novi Sad şəhərində hazırlıq keçəcək.

Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir. Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə isə məhz hazırlıq prosesinin sonlarında qərar veriləcək. İyunun 7-dək davam edəcək toplanışın əsas məqsədi iyunun 8-9-da Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo, Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq.

Həmin kateqoriyadan