- Baxış sayı: 39
- 10 Aprel 2025 12:48
- Baxış sayı: 40
- Aprel 11, 2025
- 0
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunan Avro Liqanın Super Final mərhələsində mübarizə aparır. Allsport.az xəbər verir ki, millimiz bu gün turnirdə ikinci matçını keçirib.
Komandamız Çexiya ilə qarşılaşıb. Təəssüf ki, futbolçularımız yenə əlavə vaxta qədər uzanan qarşılaşmadan məğlub ayrılıblar – 4:5. Qollar Amid Nəzərov, Rüfət Əliyev və dubla imza atan Sabir Allahquliyev vurub.
Xatırladaq ki, yığmamızın ilk turda qarşılaşdığı Rumıniya ilə görüşü də belə gərgin keçmiş və 5:6 hesablı məğlubiyyətimizlə nəticələnmişdi.
Millimiz artıq Super Finala vəsiqə qazanmaq şansını itirib. Futbolçularımızı sabah Türkiyə ilə formal xarakter daşıyan matç gözləyir.