Millimiz İspaniya ilə eyni qrupda

Basketbolun 3×3 növü üzrə adın seriyasının Bordo mərhələsinin püşkü atılıb.

Allsport.az xəbər verir ki, Azərbaycan millisinin qrupdakı rəqibləri və oyunlarının vaxtı dəqiqləşib.

Fransadakı turnirdə 14 komanda iştirak edəcəyindən onlardan üçü təsnifat mərhələsində mübarizə aparacaq. Bunlar Avstriya, İrlandiya və “Bordo” komandalarıdır.

Təsnifat mərhələsinin qalibi “D” qrupunda Azərbaycan yığmasının rəqibi olacaq. Burada digər komanda İspaniya millisidir.

Komandamız qrupdakı oyunlarını iyulun 9-da keçirəcək. Bakı vaxtı ilə saat 21:30-da millimiz təsnifat mərhələsindən gələn rəqiblə qarşılaşacaq. Saat 23:15-dəki matçda isə rəqib İspaniya olacaq.

Həmin kateqoriyadan