Millimiz Maribora yollanıb

Qızıl Avropa liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Sloveniyaya yola düşüb.

Allsport.az xəbər verir ki, yığma təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.

Baş məşqçi Faiq Qarayev səfərə yekun heyətlə yollanıb. Yığmamız burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq.

Ardınca voleybolçularımız Sloveniyadan birbaşa yarışda iştirak üçün Xorvatiyaya gedəcəklər. Millimizin qızıl Avropa liqasında ilk oyunu mayın 17-də məhz meydan sahiblərinə qarşı olacaq.

Qeyd edək ki, yeni formatda keçiriləcək yarış üç mərhələdən ibarətdir. Komandamızın oyunlarının ilk mərhələsi (17-19 may) Xorvatiyada, ikinci mərhələsi (24-26 may) Rumıniyada, üçüncü mərhələsi isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.

Həmin kateqoriyadan