- Baxış sayı: 128
- 12 Mart 2026 12:55
- Baxış sayı: 128
- Mart 12, 2026
- 0

U-23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Allsport.az xəbər verir ki, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi ilə millimiz 1 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. Komandamız 170 xalla Avropa ikincisi olub. Yığmamız yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb. 170 xal U23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.
Milli üzvlərindən Əli Sokayev (92 kq) qızıl, Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Səbuhi Əmiraslanov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.