- Baxış sayı: 48
- 04 Aprel 2025 23:29
- Baxış sayı: 65
- Aprel 04, 2025
- 0
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ötən gün növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “Dalğa arena”da Rusiya millisi ilə qarşılaşıb. Qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Azərbaycan millisi seçmə mərhələnin “E” qrupunda 0 xalla sonuncudur.
Dünya çempionatı, seçmə mərhələ
25 noyabr
Azərbaycan – Rusiya 0:4
Qol: Marina Fyodorova, 16. Alsu Abdullina, 28. Alena Andreyeva, 43. Marqarita Çernomırdina, 90+5.
Baş hakim: İonela Alina Peşu (Rumıniya)