- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Təlim-məşq toplanışı çərçivəsində Türkiyədən sonra Gürcüstanda bir araya gələn basketbol millisi, yoxlama oyunu keçirib.
Allsport.az saytı xəbər verir ki, seçməmiz Tiflisdə superliga klubu “Rustavi-1991” ilə qarşılaşıb və rəqibə 74:79 yenilib.
Görüşün ən məhsuldarı Endar Poladxanlı olub (29 xal). Əkbər Məmmədov 24 xal, 10 götürmə, Zaur Paşayev 11 xal və 11 ötürmə ilə yadda qalıb.