- Baxış sayı: 135
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Tiflisdə Şərqi Avropa Voleybol Zonaları Assosiasiyasının (EEVZA) çempionatı keçirilir. Allsport.az xəbər verir ki, yarışda voleybol üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi də birincilik uğrunda mübarizə aparır.
Çempionatın ilk günündə millimiz iki oyun keçirib. Ukrayna millisinə 0:2 hesabı ilə məğlub olan voleybolçularımız Estoniya yığmasına 2:1 hesabı ilə qalib gəliblər.
Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya və Latviya yığmaları iştirak edir.