- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sofiyada 15 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, mayın 30-dək davam edəcək qitə birinciliyində Azərbaycanı yunan-Roma güləşi üzrə müvafiq komandamız təmsil edəcək. Məşqçilər Əbülfət Məmmədov və İlham Vəzirovun rəhbərliyi ilə 12 pəhləvan məsul yarışda çıxış edəcək.
Heyətdə Elşad Abbasov, Turan Daşdəmirov (hər ikisi – 38 kq), Emin Cavadlı (41 kq), Murad Əliyev, Nurlan İbadzadə (44 kq), Ömər Məmmədli, Tural Əhmədov (hər ikisi 52 kq), Məhəmməd Əliyev, Həmzə Rəsulzadə (57 kq), Rinat Nuriyev, Əli Məlikov (62 kq) və Orxan Hacıyev (75 kq) yer alıblar. Mayın 29-da klassik güləşdə mübarizəyə start veriləcək. Növbəti gün medalçılar müəyyənləşəcək.
Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə AÇ-də ədaləti qoruyacaq.