Millimizin basketbolçusu Türkiyə Liqasında «Banvid»ə 19 xal qazandırıb

Milli komandamızın üzvü Çarlz Edvard Deyvis Türkiyə Basketbol Liqasında forma geyindiyi «Banvid» klubu 13-cü turda öz meydanında «Royal Xalı Qaziantəp»i qəbul edib.

Allsport.az saytı xəbər verir ki, Qara Əli Acar idman zalında təşkil edilmiş matçda Bandırma şəhərinin təmsilçisi rəqibini 1 top fərqi ilə məğlub edib – 70:69. Bu gərgin mübarizədə komanda yoldaşları arasında ən çox xalı elə basketbolçumuz toplayıb (19 xal).

«Ağ-yaşıllar» hazırda 21 xalla 5-ci yerdədir. «Banvid» növbəti görüşünü yanvarın 3-də səfərdə «Trabzonspor Medical Park»a qarşı keçirəcək. Xatırladaq ki, hesabat turunda millimizin digər üzvü Orxan Aydının formasını geyindiyi «Uşaq Sportiv» bu kollektivə 81:78 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan