- Baxış sayı: 42
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf “Fortuna”sı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Ayntraxt Braunşveyq”lə qarşılaşıb. Görüş Toğrulun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Fortuna” hazırda 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.