- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Bu gün kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçusu Oleq Georgiyevskinin Türkiyə Super Liqasında forma geyindiyi «Trabzon Ağçabaat Tütün» növbəti matçını keçirib.
Allsport.az saytı xəbər verir ki, qara dənizlilər 4-cü turda səfərdə «Amasya Tasova Yibo » komandası ilə qarşılaşıb.
Bərabər keçən oyun heç-heçə bitib – 22:22. Bu qarşılaşmada əl topu ustamız ən yaxşılardan olub və turum rəmzi komandasına düşüb.
«Trabzon Ağçabaat Tütün» 3 görüşdən sonra 2 xalla yarış cədvəlində 10-cu sırada qərarlaşıb.