- Baxış sayı: 43
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

Qadın həndbolçulardan ibarət millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» çempionlar liqasının 5-ci turu cərcivəsində evdə Monteneqronun «Buduçnost» klubu ilə qarşılaşıb.
Allsport.az saytı xəbər verir ki, üstün oynayan almanlar rəqibini 27:21 (12:10) hesabı ilə məyus edib. Bu qələbə ilə qapıçımızın komandası «D» qrupunda 2-ci sırada yerini möhkəmləndirib.
23 nömrəli idman geyimini geyinən Valentina Salamaha klubda 2-ci qapıçı sayılır.