- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 24
- Mart 26, 2026
- 0

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında çıxış etdiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» ilk dövrəni lider kimi qapayıb.
Allsport.az saytı xəbər verir ki, paytaxtlılar 11 oyundan (+9=1-1) 19 xal toplayaraq, «Zağnos» klubu ilə birgə ilk 2 yerdə qərarlaşıblar. Top nisbəti əl topu ustamızın komandasının xeyrinədir.
Avropa kuboklar kubokunda da mübarizəni davam etdirən «Ankara Yeniməhəllə» 1/16 finalda Rusiya «Zvezda»sı ilə qarşılaşacaq. Bu matçlar gələn ilin yanvarında baş tutacaq.