- Baxış sayı: 55
- 06 Fevral 2026 18:32
- Baxış sayı: 23
- Fevral 08, 2026
- 0
Kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında mənsub olduqları klublarda növbəti matçlara çıxıblar.
Allsport.az saytı xəbər verir ki, 21-ci turda Oleq Georgiyevskinin çıxış etdiyi «Trabzonspor» doğma divarlar arasında «Konya Səlcuqlu» komandası ilə qarşılaşıb.
Matç qara dənizlilərin 2 top fərqli qələbəsi ilə tamamlanıb – 31:29. «Bordo-mavililər» hesabında 23 xal var; yarış cədvəlində 4-cı pilləyə yüksəliblər.
Sergeyin Georgiyevski və Valeri Parşkovun formasını geyindiyi «Antalyaspor» səfərdə «Gənclərbirliyi»ni 28:23 hesabı ilə üstələyib. Cənublular 15 xalla 12-ci yerdə qalıblar.