- Baxış sayı: 48
- 10 Dekabr 2024 22:16
- Baxış sayı: 46
- Dekabr 11, 2024
- 0
Azərbaycan seçməsinin keçmiş həndbolçusu Valeri Parşkov 49 yaşında dünyasını dəyişib. Allsport.az saytının məlumatına görə, o, 10 may 1975-ci ildə Bakıda anadan olub. Respublikamızda bu idman növünün sirlərini öyrənib. SSRİ gənclər yığmasının üzvü olub. Sonradan müstəqillikdə millimizin kapitanı olub, 50 dəfə “ay-ulduzlu” köynəyi geyinib.
Daha sonra qardaş ölkədə çıxış edib. “Trabzonspor” (1993-95) və “Canqa Bələdiyyə” (1996-98) komandalarında titil qazanmayıb. Anqaranın “Əski” klubunda 5 dəfə ölkə çempionatının qızıl medalını qazanıb (1999-2004). “Beşikdaş” ilə ilk Türkiyə çempionluğunu 2007-ci ildə bayram edib. Ümumilikdə, “ağ-qaralar”la 7 superliqaya, 6 kuboka sahib çıxıb.
2016-cı ildə bu klubun infrastrukturunda məşqçiliyə başlayıb. 2021-2022 və 2022-2023 mövsümlərində bütün gənclər komandalarında, eləcə də “A” komandasında köməkçi məşqçi vəzifəsində çalışıb, 1 liqa çempionluğunda və gümüş mükafatına pay sahibi olub.
Xəstəliyi ilə bağlı müalicə alan Valeri Parşkov (Vedat Pars) 3 dekabr 2024-cü ildə xəstəxanada vəfat edib. O, “Beşikdaş”ın ehtiyat komandasının köməkçi məşqçisi idi.