- Baxış sayı: 109
- 04 Dekabr 2025 22:23
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0
Bu gün kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında mənsub olduqları klublarda növbəti matçlara çıxıblar.
Allsport.az saytı xəbər verir ki, 15-ci turda Oleq Georgiyevskinin çıxış etdiyi «Trabzonspor» səfərdə «Mərsin Xandaş Sportiv»lə görüşüb. Oyun heç-heçə bitib – 24:24.
Qaradənizlilərin hesabında 16 xal var. «Bordo-mavililər» yarış cədvəlində 6-cı yerdədir.
Sergeyin Georgiyevskinin formasını geyindiyi «Antalya» doğma divarlar arasında «Konya Səlcuqlu»ya 27:32 hesabı ilə uduzub. Cənublular 11 xalla 11-ci yerdə qalıb.