- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Fevralın 13-dən 23-dək Uruqvay paytaxtı Montovideoda keçirilən Dünya Hokkey Liqası turnirinin 2-ci mərhələsində mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət millisinin 8 iştirakçı arasında 3-cü yeri tutması barədə məlumat vermişdik. Allsport.az saytı azhf.az-a istinadən xəbər verir ki, o zaman həmin yarışın finalçıları – İtaliya və meydan sahibələri növbəti raunda birbaşa vəsiqə qazanmışdılar. Beynəlxalq Hokkey Liqasının reqlamentinə görə, Rio Olimpiadasına qatılmaq üçün martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində keçirilən eyni yarışların yekununda finalçılardan əlavə, 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik 1 komanda da növbəti mərhələyə çıxmaq hüququ malik idi. Ayın ilk rəqabətində Hindistanda yerli hokkeyçilərlə yanaşı, Polşa yığması da 3-cü raunda adladı.
Həmin turnirdə dünya reytinq siyahısında 21-ci yei tutan Malaziya millisi bürünc medal qazandı. 4 gün əvvəl İrlandiyada təşkil olunan anoloji yarışda arzulamadığımız hadisə ilə üzləşsək də, nəticə xeyrimizə olub. Belə ki, hokkeyçilərimizdən 5 reytinq balı artıq toplamış və siyahıda 18-ci yerdə (bizim komanda 19-cu pillədədir) qərarlaşan Belarus millisi 3-cü yer uğrunda görüşdə Çili komandasına 2:3 uduzub. Cənubi amerikalılar dünya sıralamasında bizdən 1 pillə geri olduğundan, hokkeyçilərimizlə rəqabət göstərə bilməyib. Belə olan halda, 3 yarışın yekununda 3 cüt finaslçı ilə yanaşı, 3-cü yeri tutanlar arasında ən yüksək nəticəyə malik Azərbaycan millisi də növbəti Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün yolunu davam etdirəcək.
Dünya Hokkey Liqasının həlledici mərhələsində mübarizə aparacaq 20 komanda hərəsində 10 iştirakçı olmaqla, 2 şəhərdə qüvvələrini sınayacaq. Həmin yarışın hər birindən ilk 3 yeri tutanlar olimpiya oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Maraqlıdır ki, qitə çempionatlarının qalibləri ilk üçlükdə yer alsalar o zaman 4-cü və ya 5-ci yeri tutanlar da olimpiya lisenziyasına sahib ola bilərlər. Belə ki, iyunun 20-dən iyulun 4-dək Belçika paytaxtı Antverpendə təşkil olunacaq 3-cü mərhələdə mübarizə aparacaq 10 iştirakçıdan biri, artq başa çatan Asiya çempionatının qalibi Koreya hokkeyçiləridir. Reytinqdə 9-cu yerdə qərarlaşan koreyalıların cari yarışda istənilən yeri tutmasından asılı olmayaraq, Rio-2016-da iştirak etmək üçün vəsiqəni özlərinə təmin ediblər. Həmin onluqda Avstraliya, Belçika, Hindistan, Yaponiya, İtaliya, Niderland, Yeni Zelandiya və Polşa hokkeyçiləri yer alıblar. Digər 10 komanda – Argentina, ÇXR, Kanada, Uruqvay, ABŞ, Almaniya, Böyük Britaniya, CAR və İspaniya isə iyunun 10-dan 21-dək Valensiyada mübarizə aparacaqlar. Yarışın hansı sistemlə təşkil ediləcəyi hələlik bəlli deyil. Maraqlı bir faktı da qeyd etmə yerinə düşərdi ki, Dünya Hokkey Liqasının 2-ci raundunda 6 postsovet ölkəsinin komandası çıxış etsə də, növbəti etapa onlardan yalnız biri – Azərbaycan millisi vəsiqə qazanıb. İnanırıq ki, 2 dəfə (2008-ci ildə Bakıda və 2012-ci ildə Yaponiyada) olimpiya seçmə təsnifat turnirlərinin final oyununda məğlub olan qadın otüstü hokkeyçilərimiz, bu dəfəki şansdan maksimum yararlanmağa çalışacaqlar.
Bu arada Antverpendə təşkil olunacaq yarışın təqvimi də hazırdır. Belçikada “A” qrupuna daxil olan qadın otüstü hokkeyçilərimiz Niderland (1), Koreya (9),Yaponiya (10) və İtaliya (16) çeçmə komandalarına qarşı dairəvi sistemlə mübarizə aparacaqlar. Avstraliya, Yeni Zellandiya, Belçika, Hindistan və Polşa təmsilçiləri isə “B” qrupunda oynayacaqlar. İlkin mərhələnin yekununda “A” və “B” qruplarında sonuncu yerləri tutanlar 9-10-cu yerlər uğrunda görüşəcəklər. Qrup qalibləri digər qrupun 4-cüsü ilə, qrup ikinciləri isə digər qrupun üçüncüləri ilə 1/4 finalda qarşılaşacaqlar. Sonra həmin mərhələnin qaliblər yarımfinalda görüşərək, finalçıları aşkarlayacaqlar.