Millimizin qapıçısının klubu çempionlar liqasında yenə qalib gəldi, qrupda 2-ci yerə yüksəldi

Bu gün qadın həndbolçulardan ibarət millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» çempionlar liqasının 4-cü turu cərcivəsində evdə Norveçin «Vipers» klubu ilə cavab oyununa çıxıb.

Allsport.az saytı xəbər verir ki, səfərdə rəqibini 29:24 məyus edən almanlar, öz meydançasında da sevinən tərəb olub – 25:24 (16:13). Bu qələbə ilə qapıçımızın komandası «D» qrupunda 2-ci sıraya yüksəlib.

23 nömrəli idman geyimini geyinən Valentina Salamaha klubda 2-ci qapıçı sayılır. O, bu matçın 2-ci yarısında meydana çıxıb və 7-metrlik cərimə zərbəsini dəf edərək qələbədə pay sahib olub.

Həmin kateqoriyadan