- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 26
- Mart 26, 2026
- 0
Bu gün millimizin həndbolçusu Valentina Salamahanın Bundesliqada şərəfini qoruduğu «Bayer-04» klubu 16-cı turda doğma divarlar arasında «Oldenburq»u qəbul edib.
Allsport.az saytı xəbər verir ki, liverkuzenlilər ilk dəqiqələrdə təşəbbüsü ələ alaraq, sonadək matça nəzarət ediblər. Yekun hesab 29:26 ev sahiblərinin xeyrinə bitib.
Bu görüşdə qapısımız ehtiyatda oturub. Bundesliqada 15 oyun keçirən «farmasevtlər» yarış cədvəlində 19 xalla 7-ci yerdə qərarlaşıb. növbəti matçını martın 6-da «Koblens/Baybern»ə qarşı keçirəcək. Rəqib hazırda 7 xalla 12-cidir.