Millimizin sabiq üzvü Türkiyə klubuna lazım olmadı

Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində ikinci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Keçiörengücü”nü qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiçin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Manisaspor” kubokda keçirdiyi əvvəlki oyunda uduzmuşdu.

Həmin kateqoriyadan