Millimizin üzvü danışılmış oyunda iştirak edib

Azərbaycan yığmasının müdafiəçisi çıxış etdiyi Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə qalmaqala düşüb. Allsport.az xəbər verir ki, bu komandanın kapitanı Vitali Lisitskoqonun 11-ci turda qarşılaşdıqları “Çernomorets”lə oyunu rəqibə satdığı iddia olunur.

Bunu hətta komandanın gənc futbolçuları da iddia ediblər. Onlar təcrübəli komanda yoldaşlarının anlaşılmaz matç keçirdiyini bildiriblər.

Maraq üçün qeyd edək ki, Pavel də sözügedən görüşdə 90 dəqiqə meydanda olmuşdu.

Həmin kateqoriyadan