- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Kosovo superliqasında mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu gün 33-cü tur çərçivəsində həlledici oyun azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi “Drita” ilə “Priştina” komandaları arasında olub.
Son tura 3 xal öndə daxil olan “ziyalılar” əsas izləyicisi ilə görüşdə ona sərf edən heç-heçə (0:0) edərək, çempion adını qazanıb.
Rəqib futbolçular matçın gedişində 2 dəfə qırmızı vərəqə alıblar. Həmyerlimiz bu ilin yanvar ayından etibarən “Drita”ya qoşulub. Qnilane şəhərinin təmsilçisi 12 klub arasında mövsümü 67 xalla başa vurub.