- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Almaniyanın “Fortuna” klubu təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toğrul Əratın da çıxış etdiyi Düsseldorf təmsilçisi ikinci Bundesliqanın qalan oyunlarına hazırlıq məqsədilə adaşı – Köln “Fortuna”sı ilə üz-üzə gəlib.
Oyun düsseldorfluların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ərat bu oyunda 90 dəqiqə meydanda olub. Komandasının dördüncü qolunu millimizin üzvü vurub.