- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 143
- Fevral 06, 2026
- 0
Almaniyanın “Fortuna” klubunda məşqçi dəyişikliyi yaşanıb. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf təmsilçisi türk mütəxəssisə tapşırılıb.
2-ci Bundesliqa klubunu bundan sonra Taşkın Aksoy çalışdıracaq. Türk əsilli almaniyalı bu postda istefaya göndərilən Oliver Reki əvəz edəcək.
Qeyd edək ki, Aksoy bundan öncə düsseldorfluların U-23 komandasına rəhbərlik edirdi.