ÖZƏL
Millimizin və “İl Azero”nun gözəli ana olmaq istəyir

Milli komandamızın voleybolçusu Yelizaveta Səmədovanın “Leninqradka”dan ayrılmasını yazmışdıq. Hazırda həyat yoldaşı Yovan Krneta ilə Azərbaycanda olan gözəlçə ana olmaq istəyir.

Allsport.az saytının əldə etdiyi məlumata görə, koronavirus pandemiyası üzündən çempionatların başlamasının naməlumluğu cütlüyü karantin dönəmini səmərəli keçirməyə vadar edir.

Son mövsümü “Zirə”də keçirən serbiyalı futbolçu, çox güman, yenı bu klubda qalacaq. Amma Liza komanda tapmağa hələ tələsmir. Xatırladaq ki, cütlük ötən ilin iyununda münasibətlərini rəsmiləşdirib.

Yelizaveta voleybol meneceri İlqar İmamquliyevin rəhbərlik etdiyi milli idman brendi “İl’Azero”nun rəsmi simasıdır.

Həmin kateqoriyadan