Millimizin voleybolçusu xoş həftə sonu arzuladı

Millimizin keçmiş voleybolçusu Viktoriya Ravva sosial şəbəkələrdə fəaldır. Allsport.az saytının məlumatına görə, 2016-cı ildə karyerasını başa vuran 2-qat Azərbaycan çempionu Fransanın Kannı şəhərində yaşamağa davam edib. Hazırda “Rasinq” klubunda menecer işləyir.

44 yaşlı ünlü idmançı həftə sonlarını yaxınları ilə birgə keçirir. İstirahətə başlamazdan öncə, o, Feysbuk səhifəsində pərəstişkarlarına bunu yazıb: “Gülümsəyin!!! Bu, həftə sonudur! Həftəsonları mənim üçün uşaqlığımın şirin ətirləri kimidir… Blinçik qoxusu, ailə ilə qəhqəhə və özəlliklə nənənin ağuşu. Bəs sən? Hər kəsə xoş şənbə günü”.

Xatırladaq ki, 1989-1993-cü illərdə BMKZ-in (keçmiş «Neftçi») üzvü kimi 2 dəfə Azərbaycan çempionu (1992-1993) olan və 17 yaşında ikən növbəti 2 mövsümü «Vəqfbank»da keçirən istedadlı voleybolçu, Türkiyə çempionatında gümüş medal (1994-95) və elə həmin ili ölkə kuboku qazanıb.

O, 1994-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında millimizin heyətində 9-cu yer tutub. Gözəlçə 2 il sonra bizdə çıxış etməyib, Fransanın «Kann» klubuna keçdi, 2002-ci ildə bu ölkənin vətəndaşlığını alıb və qitə miqyasında böyük uğurlara yetişib, dünyada daha məşhurlaşıb. Vika 19-qat Fransa çempionu və 18-qat ölkə kubokununun sahibidir, 2 dəfə çempionlar liqasını qazanıb.


Həmin kateqoriyadan