Millinin heyəti

Çimərlik futbolu üzrə Azərbaycan komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək.

Allsport.az xəbər verir ki, “B” liqasının “A” qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.

Millimizin oyunlarının təqvimi belədir:

11 sentyabr

16:00. Azərbaycan – Belçika

12 sentyabr

12:15. Litva – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Final mərhələsində “B” liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.

Həmin kateqoriyadan