- Baxış sayı: 57
- 04 Dekabr 2025 15:28
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Sentyabrın 19-undan 25-nədək İtaliyanın Alqero şəhərində Avropa superfinalında çimərlik futbolu üzrə millinin heyəti müəyyənləşib.
Allsport.az xəbər verir ki, baş məşqçi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.
Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbatov.
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması sentyabrın 19-da Türkiyə, bir gün sonra Rumıniya, sentyabrın 21-də isə İsveçrə ilə üz-üzə gələcək.