- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 166
- Mart 26, 2026
- 0

2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilib. Allsport.az xəbər verir ki, əvvəlcə üərb bölgəsini təmsil edən komandalar qalib və mükafatçıları müəyyənləşdiriblər. Şəmkir olimpiya kompleksində keçirilən yarışın nəticələrinə əsasən 8 xal toplayan Mingəçevir kollektivi mübarizəni 1-ci pillədə başa vurub. Qazax idmançıları 6 xalla ikinci, Göygöl komandası 4 xalla üçüncü pillədə qərarlaşıb. 2 xal toplayan Gəncə məktəbliləri 4-cü yeri tutublar. Bütün oyunlarda məğlub olan Şəmkir kollektivi sonuncu olub.