- Baxış sayı: 33
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Şağan olimpiya idman kompleksində 2006-2008-ci il təvəllüdlü oğlan həndbolçuların Azərbaycan birinciliyi və 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızların 28 may – Respublika gününə Bakı şəhər birinciliyinə start verilib.
Allsport.az saytı xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən edən AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərov və olimpiya çempionu Lüdmila Şubina komandaların sayının artmasının həndbolun inkişafından xəbər verdiyini qeyd ediblər. Yaxın zamanda həndbol üzrə növbəti Azərbaycan çempionatının keçiriləcəyini də diqqətə çatdıran federasiya nümayəndələri iştirakçılara uğurlar arzulayıblar.
Yarışın ilk günündə qızlardan ibarət komandalar bir, oğlanlar isə iki dəfə meydana çıxmaqla, ümumilikdə 3 oyun keçirilib. Açılış matçında 6 saylı İOEUGİM-1 komandası 6 saylı İOEUGİM- 2-yə 10:7 hesabı ilə qalib gəlib.
Oğlanlarda ilk qarşılaşmada “Bakı-2” həndbolçuları “Gəncə” komandasını 20:19 hesabı ilə üstələyib. Günün son görüşündə “Mingəçevir” və “Bakı-3” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyun əyalət təmsilçisinin 21:14 qələbəsi ilə yekunlaşıb.
Yarışlar iyunun 5-dək davam edəcək.