- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.
Allsport.az xəbər verir ki, 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 3:0 hesabı ilə qalib gəlib.
Yığmamızın yarımfinal görüşü sabah baş tutacaq.