- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İyunun 25-dən 30-dək Minskdə 2-ci Avropa oyunlarında güləş yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün komandalarımızın mətbuat üçün açıq məşqi olub. Olimpiya güləş mərkəzində AGF-nin prezident əvəzi Namiq Əliyev iştirakçılara uğurlar arzulayıb və heyəti açıqlayıb.
“Sərbəstlər”də baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) çıxış edəcəklər.
Qadınlarda baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun tapşırıqlarını Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) icra edəcək.
Yunan-Roma güləşçilərimizin də sayı bu qədərdir. Baş məşqçi Şaban Donat və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, 2-ci Avropa oyunlarında görüşlərin idarə olunmasında bizdən tək İ-S dərəcəli hakim Asif Şirəliyev yer alacaq.