Modriç getmək istəmir

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda karyerasını bitirmək fikrində deyil.
Allsport.az məşhur ispaniyalı jurnalist Xose Feliks Diaza istinadən xəbər verir ki, 39 yaşlı xorvatiyalı özünü komanda üçün əhəmiyyətli futbolçu hesab edir və növbəti mövsümdə də əsas heyət üçün mübarizə aparmağa hazırdı.
Modriç 2026-cı il dünya çempionatında iştirak etmək istəyir və həmin vaxta qədər o, “Real Madrid”in oyunçusu olaraq qalmaq istəyir.
Modriç 2012-ci ildən “kral klubu”nda çıxış edir.

Həmin kateqoriyadan