- Baxış sayı: 180
- 22 Yanvar 2026 20:20
- Baxış sayı: 110
- Yanvar 25, 2026
- 0

Yanvarın 23-də milli olimpiya komitəsinin inzibati binasında “Etik və psixoloji bacarıqlarla güclü idmançı” layihəsinə həsr olunmuş təltifetmə mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftəhəddinova, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, atletlər komissiyasının sədri Fəridə Əzizova, etika akademiyasının rəhbəri Günel İbrahim, komissiya üzvləri və layihə iştirakçıları iştirak ediblər.
Çıxışlarda layihənin idmançıların etik davranış, psixoloji dayanıqlılıq və nitq mədəniyyətinin inkişafına verdiyi töhfə vurğulanıb. Çingiz Hüseynzadə layihənin uğurlu nəticələrini qeyd edib, Fəridə Əzizova və Günel İbrahim isə bu cür təlimlərin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub, Günel İbrahimə MOK tərəfindən təşəkkürnamə verilib.