Moldova üzərində qələbə

Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ilk yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Vadul lui Voda şəhərində yerləşən yerli futbol federasiyasının texniki mərkəzində baş tutan görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları 61-ci dəqiqədə Nicat Nərimanov və 82-ci dəqiqədə İbrahim Babayev vurublar. Bu komandalar arasında fevralın 27-də ikinci yoxlama oyunu təşkil olunacaq.

Həmin kateqoriyadan