Moldovanın antidopinq agentliyi ilə ikitərəfli elmi əməkdaşlıq

AMADA-nın elm şöbəsinin rəhbəri Rüfət Əfəndiyev, Moldovanın antidopinq agentliyi ilə ikitərəfli elmi əməkdaşlığın genişləndirilməsi məqsədi ilə görüş keçirib.

Allsport.az saytı xəbər verir ki, onun müəllifi olduğu “Qlobal antidopinq sistemi ilə uyğunluğa nail olunması: AMADA nümunəsi” balışlıqlı məqaləsi Moldovanın, “Tibbdə ictimai səhiyyə, iqtisadiyyat və menecment” elmi-praktik jurnalında dərc edilib.

Məqalədə qlobal antidopinq sistemində uyğunluq məsələsi və AMADA-nın bu sahədə əldə etdiyi nailiyyətlər geniş təhlil edilib. Söhbət zamanı, AMADA və MAA ilə idman dünyasında ədalətin və sağlam rəqabətin təşviqi naminə elmi araşdırmaların daha gücləndirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Həmin kateqoriyadan