- Baxış sayı: 8
- 27 Mart 2026 17:28
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Monako”nun baş məşqçisi Sebastyan Pokonyoli Fransa çempionatının 27-ci turunda “Lion”la oyunda (2:1) baş verən hadisələrə görə bir oyunluq diskvalifikasiya edilib.
Allsport.az xəbər verir ki, 38 yaşlı belçikalı mütəxəssis rəqib komandanın əməkdaşı ilə mübahisə etdiyi üçün Fransa peşəkar futbol liqasının (LFP) intizam komitəsi tərəfindən cəzalandırılıb. Maraqlıdır ki, “Lion”un məşqçisi Xorxe Masiel də bənzər cəza alıb. O, hakimə telefonda video göstərərək qaydaları pozduğu üçün meydandan qovulub.
Hazırda “Lion” 47 xalla turnir cədvəlinin 4-cü, “Monako” isə 46 xalla 6-cı pilləsində qərarlaşıb.