Monteneqro basketbol assosiasiyasının prezidenti U-16 millimizlə görüşüb

Azərbaycan və monteneqro basketbol assosiasiyası arasında basketbol idman növünün inkişafı və təbliği məqsədilə anlaşma olub. Allsport.az saytı xəbər verir ki, bu əməkdaşlığın əsas məqsədi, federasiyalararası təcrübə mübadiləsinin aparılması, uşaq və yeniyetmə basketbolunun inkişaf etdirilməsi, müxtəlif yaş qrupları üzrə liqaların daha da keyfiyyətli vəziyyətə gətirilməsi olub.

Bundan əlavə, sözləşmədə, məşqçi və yerli oyunçularımızın təcrübə mübadiləsi proqramları ilə bağlı güclü əlaqələrin qurulması barəsində də, qarşılıqlı razılıq əldə olunub. 2024-2026-cı illəri əhatə edəcək 2-illik nemorandumunun imzalanma mərasimindən sonra, Monteneqro basketbol assosiasiyasının prezidenti Yelena Dublyeviç, Azərbaycan texniki universitetin idman zalında Avropa çempionatında uğur qazanmış qızlarımızla görüş keçirib.

U-16 millimizin məşqçilər heyətini və qızlarımızı təbrik edən qonaq, onlara gələcək yarışlarda və basketbolçu karyeralarında uğurlar arzu edib.

Həmin kateqoriyadan