Müğənninin keçmiş ərinin borclarına görə, Rusiyanı tərk etməsinə qadağa qoyulub

Buzüstü xokkeyçi İvan Teleginin 64 milyon rubl borcuna görə Rusiyanı tərk etməsi əngəllənib. Allsport.az saytı xəbər verir ki, 2018-ci ilin olimpiya çempionunu ipoteka borcuna görə məhkəmə icraçıları axtarır.

Bir neçə il əvvəl o və idmançının keçmiş həyat yoldaşı, müğənni Pelageya Moskva yaxınlığındakı Barvixanın mərkəzində 740 kvadratmetr sahəsi olan dəbdəbəli malikanə alıblar.

Boşandıqdan sonra dünya çempionatlarının 3-qat bürünc mükafatçısı ipoteka borcunu ödəməyi dayandırıb və bu səbəbdən onun barəsində icra işləri başlayıb.

“Avanqard”ın və Rusiya millisinin sabiq hücumçusunun bir neçə il əvvəl 7 milyon rubla aldığı “BMV X5” markalı avtomobili ələ keçirilib.

Ötən mövsüm 32 yaşlı Teleginin “Avanqard”da 20 milyon rubl qazandığı, bir il əvvəl isə Omsk klubunda Qaqarin kubokunun qalibinin maaşının 45 milyon rubl olduğu bildirilir.

Həmin kateqoriyadan