- Baxış sayı: 35
- 20 Aprel 2025 11:57
- Baxış sayı: 68
- Aprel 20, 2025
- 0
Azərbaycan basketbol liqasında (ABL) 20-ci turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, axırıncı turun nəticələrindən sonra “A” qrupunun lideri “Sabah”, ikinci sıranın sahibi “Naxçıvan” və qrupun ən güclü üçüncü komandası “Neftçi” birbaşa pley-offa vəsiqəni təmin edib.
“B” qrupunu ilk pillədə bitirmiş “Şəki” klubu da birbaşa pley-off mərhələsinə yüksəlib.
Reqlamentə əsasən digər klublar mübarizəyə pley-in mərhələsindən start verəcəklər:
Pley-in cütləri:
“Sumqayıt” – “Sərhədçi”
“Gəncə” – “Lənkəran”
“Ordu” – “Quba”
“Abşeron” – NTD
Pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.