- Baxış sayı: 49
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 105
- Fevral 09, 2026
- 0

Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki ilk oyununun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, Bakı təmsilçisi yanvarın 19-da Polşada “Muşina” komandasının qonağı olacaq. Görüşü baş hakim, rusiyalı Aleksandr Pavlov idarə edəcək. Ona danimarkalı həmkarı Enqborq Morten Klein kömək edəcək.
Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste” və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb.