Nərgiz İsmayılovaya növbəti təyinat

Azərbaycan voleybol federasiyasının təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa voleybol konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.

Allsport.az xəbər verir ki, İsmayılova kişi voleybolçular arasında (U-22) 2026 Avropa çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək. O, 11-13 iyulda Türkiyədə keçirilən “B” qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.

Burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milli komandaları mübarizə aparır.

Həmin kateqoriyadan