- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rusiyanın Nefteyuqansk şəhərində qarışıq döyüş növləri üzrə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki,“Şimalda döyüş-2” adı altında təşkil olunan NOMAD MMA versiyası üzrə yarışda Rusiya, Ukrayna, Fransa, Belarus, Moldova və Mavriki ilə yanaşı, Azərbaycan da təmsil olunub.
Döyüşlərin 16 iştirakçısı arasında “Qəbələ” İdman Klubunun üzvü Nəriman Abbasov da yer alıb. Təmsilçimiz günün əsas döyüşündə rinqə çıxıb. Abbasov N-1 PRO NOMAD MMA çempionluq kəməri uğrunda mübarizə aparıb. Onun rəqibi ukraynalı Aleksandr Butenko olub.
Rəqibindən güclü olan Abbasov rinqi qalib kimi tərk edib. Bununla da idmançımız NOMAD MMA versiyası üzrə çempionluq kəmərinə yiyələnib. Qeyd edək ki, bu döyüş federasiyası 2005-ci ildə Qazaxıstanda yaradılıb.