- Baxış sayı: 40
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Qızıl Avropa liqasında çıxışımız başa çatdı. Əlbəttə ki, nəticədən razı deyiləm”. Allsport.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Mariya Kirilyuk deyib.
29 yaşlı blokçu Qızıl Avropa liqasında çıxışını dəyərləndirib. O, mübarizəni erkən dayandırmalarının səbəbini açıqlayıb: “Səhvlərimiz var. Onların üzərində çalışacağıq ki, gələcəkdə təkrarlamayaq. İnanıram ki, bizi qarşıda uğur gözləyir.
Öz oyunuma gəldikdə, hər element istənilən kimi alınmırdı. Lakin nəyin üzərində çalışmaq lazım olduğunu bilirəm. Gələcəkdə yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm”.