- Baxış sayı: 70
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 178
- Dekabr 05, 2025
- 0
“Kəpəz”in zədəli futbolçusu Namiq Ələsgərovun vəziyyəti yaxşılaşıb. Allsport.az saytı xəbər verir ki, Premyer Liqanın 29-cu turunda “Qarabağ”a qarşı matçın sonlarında əzələsi dartılan yarımmüdafiəçi əvəzlənmək məcburiyyətində qalmışdı. İki həftə müalicə olunan futbolçu “sarı-göylər”in “İnter” və “Sumqayıt” ilə oyunlarını buraxmışdı.
Artıq Ələsgərovun zədəsi sağalıb və o, ötən həftəsonu həkim nəzarəti altında yüngül şəkildə fərdi məşqlərə başlayıb. Millinin üzvü sabah komanda ilə birgə hazırlığa qatılacaq. Onun qarşıdakı turda “Rəvan” ilə matçda meydana çıxmaq şansı yüksəkdir.