- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtında keçirilən Avropa çempionatı güləşçilərimiz üçün uğurlu oldu. Bu yöndə sərbəst və qadınları özəl qeyd etmək olar. Adı ilk çəkilən milli 3 qızıl, 1 gümüş, 2 bürünc medalla komanda hesabında 3-cü, qızlarımız 1 qızıl və 3 bürünc mükafatla cəmdə 4-cü yer tutdular. Yunan-Roma güləşi Avropada ənənəvi olduğundan, bizimkilər bu dəfə daha yaxşı çıxış etməkdə çətinlik çəkdilər, 1 gümüş və 2 bürünclə kifayətləndilər.
Yarışı ilk gündən izləyənlər arasında AGF-in prezident əvəzi Namiq Əliyev də vardı. Allsport.az saytına verdiyi açıqlamada, o, ümumi sonluqdan razı qaldığını dedi: «Nəticələr qənaənbəxşdir. Ümumilikdə, 13 medal qazaqdıq. Sərbəst güləşçilərdən razı qaldım. Qızlarımız da məni çox sevindirdi. Baxmayaraq ki, komandanın lideri Mariya Stadnik bu yarışa qatılmadı. O, əməliyyat olunub və hazırda özünü dünya çempionatına hazırlayır. Digər güləşçilərimiz onun yoxluğunu hiss etdirmədilər. Elis Monolova ötən ilk böyüklərdə ilk dəfə çıxış etdiyi Avropa çempionatında gümüş, bu dəfə qızıl medalı qazanması komandamızın səviyyəsindən xəbər verir.
İslam Abbasovun da 1-ci yer tutmasını gözləyirdik. Amma o, gənc və təcrübəsiz olduğundan həlledici görüşdə fürsəti qaçırdı. Bir də, nəzərə almalıyıq ki, idmançımız finala gedən yolda olimpiya və dünya çempionlarını üstələdi. Təbii, belədə, xeyli güc-qüvvə itirdi. Eldəniz Əzizlidən də qızıl medal gözləyirdik. Təəssüf ki, o bu dəfə bürünc medalla kifayətləndi.
Ümumilikdə, bilirsiniz ki, əsas hədəfimiz Nur-Sultanda keçiriləcək dünya çempionatıdır. Bu yarış isə, həmin sınağa son hazırlıq mərhələsidir. Müəyyən idmançılarımız çəkilərini dəyişib olimpiya çəkilərində çıxış edəcəklər. Artıq, hədəf bəllidir. İnşallah, Bakıya dönəndən sonra, həmin çəkilərdə götür-qoy edəcəyik və ilk lisenziya verən yarışda bacardıqca çox lisenziya qazanmağa çalışacağıq.
Məlumdur ki, Tokio olimpiadasına iştirakçıların sayı azalıb, 21-dən 16-ya enib. Bu da 30 faiz deməkdir. İndi yalnız ilk 5-likdə qərarlaşanlar vəsiqə alacaqlar. Demək, nəinki medal, lisenziyanın özunün qazanılması çətinləşib. Ona görə, əsas hədəf Qazaxıstandakı dünya çempionatdır. Artıq bir çox şey bəllidir. Müəyyən səhvlərimizi düzəldəcəyik.
Avropa təsnifat yarışına iddialılardanıq. Hesab edirəm ki, təşkilatçılığı bizə verəcəklər. CELA-nın nümayəndələri bütün şəhərlərə baxıblar. Bizim təklif və şərait çox yaxşıdır. Dünya çempiontaı ərəfəsində Dünya Güləş Birliyinin büro iclası var. Orda bu məsələ tam həllini tapacaq. Büro üzvü kimi toplantıda öz sözümü deyəcəyəm. Həmin yarışın bizdə keçirilməsi çox önəmlidir».
Kamran HACI, Buxarest