Namiq Əliyev: “Qorxaq çıxış etmək bizim güləşçilərə yaraşmaz”

3-9 iyunda İspaniyanın Pontevedra şəhərində gənclərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, güləş federasiyasının prezident əvəzi Namiq Əliyev yarış öncəsi bunu deyib:

“İdmanda udmaq da olar, uduzmaq da. Ancaq məğlub olanda da gərək mübarizə aparasan. Heç bir əzmkarlıq göstərmədən, qorxaq çıxış etmək bizim güləşçilərə yaraşmaz. Uzun yol qət etdikdən sonra çıxıb ilk görüşdə uduzmaq əziyyətin boşa getməsi deməkdir.

Hər bir şəxs əzmkarlıq göstərməlidir. Kifayət qədər təcrübəniz var. Böyüklərə keçidə bir addım qalıb. Aranızdan bəzi güləşçilər böyüklər arasında keçirilən yarışlarda da çıxış edib və nəticə qazanıb. Əsas yığmaya cəlb olunmaq adına bu Avropa çempionatı önəmli rol oynayır. Kişi kimi mübarizə aparmaq lazımdır”.

Həmin kateqoriyadan