Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa

Dövlət gömrük komitəsi və Ümumdünya gömrük təşkilatının potensialın gücləndirilməsi üzrə Avropa regional idarəsinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə qurumlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə daxili işlər, səhiyyə, ədliyyə, elm və təhsil, gənclər və idman, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri, milli antidopinq agentliyi, dövlət təhlükəsizliyi xidməti, dövlət sərhəd xidməti, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib.

Tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli idman sahəsində narkotik vasitələrlə mübarizə mövzusunda çıxış edib.

Həmin kateqoriyadan