- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

Bu gün Azərbaycan basketbol liqasında (ABL) IV turun açılış oyunu baş tutub.
Allsport.az xəbər verir ki, Abşeron olimpiya idman kompleksində keçirilən görüşdə “Abşeron” və “Naxçıvan” klubları üz-üzə gəliblər. Oyunun əvvələrində hesabda geri olan “Naxçıvan” klubu sonuncu dövrədə geridönüş etməyi bacarıb və 72-68 hesabı ilə ardıcıl 4-cü qələbəsini qazanaraq, “A” qrupunda liderliyə yüksəlib.
IV turun digər oyunları (“Lənkəran” – “Ordu”, “Sabah” – NTD, “Quba” – “Sumqayıt”, “Sərhədçi” -“Neftçi”, “Gəncə” – “Şəki”) müvafiq olaraq 29, 30 noyabr və 1 dekabr tarixlərində baş tutacaq.